ŞİRKƏT HAQQINDA

«Group GURU» 2006-cı ildən etibarən sənaye və mülki obyektlərin tikintisi, dizayna uyğun təmir işləri, bünövrə qazıntısı və qazıntı materiallarının daşınması, tikinti işləri aparılacaq sahələrdə yararsız göllərin doldurulması və qurudulması, sahələrin tikintiyə hazırlanması, tikinti sonrası abadlaşdırma, müxtəlif yüklərin daşınması, müxtəliv növ tikinti materiallarının satışı və tikinti sahələrinə çatdırılması və s. işlərlə məşğuldur. Əsas iş prinsipimiz — insan həyatını təhlükəyə atmadan yüksək keyfiyyətli işlər görməkdir. 

Bu prinsipimizə də, əsaslı maddi — texniki bazamızın, təcrübəli və öz işlərinə məsuliyyətlə yanaşan  mütəxəssislərimizin olması, səriştəli sürücü və operatorlar tərəfindən istifadə olunan maşın və mexanizmlərin saz vəziyyətdə saxlanılması sayəsində sadiq qalmağı bacarırıq.  Görülən işlərin vaxtında və yüksək keyfiyyətlə başa vurulması, sifariş olunmuş tikinti materiallarının təyinatına görə düzgün seçilməsi, yüksək keyfiyyət tələblərinə uyğun olması, tələb olunan tikinti sahələrinə vaxtında çatdırılması məsələlərinə böyük diqqət göstərir.

Groupa daxil olan şirkətləri Sizə təqdim edirik.

Group GURU MMC çoxşaxəli şirkətdir.

Şirkətin strukturuna daxildir: CONAP Construction — Bütün növ layihələr üçün tikinti şirkəti, həmçinin GURU INTERTRADE Company — Milli Logistika. Paylanma — Nəqliyyat. Bütün logistika tələbləriniz üçün peşəkar xidmətlər.

SƏTƏMM

KEYFİYYƏTİ İDARƏETMƏ SİSTEMİ

«İnsan həyatı ən dəyərlidir!»

Bütün SƏTƏMM standartlarına ciddi riayət olunmaqla müvafiq SƏTƏMM nəzarəti və tələbləri yerinə yetirilir. Biz, OHSAS 18001İSO 14001 standartları altında fəaliyyət göstəririk.

BİZİM PARTNYORLAR

NİYƏ BİZ?

Keyfiyyətə Nəzarət ​​

Layihələrin icrası zamanı özündə korporativ qaydaları və əsas prosedurları əhatə edən İSO 9001 Keyfiyyəti İdarəetmə Sistemi altında fəaliyyət göstəririk.​

Peşəkarlıq​

Müvafiq təhsili və təcrübəsi olan işçilərlə əməkdaşlıq edirik. Biz, tərəfimizdən görülən bütün işlərə və çatdırılan mallara qarantiya veririk.

Tam Vaxtında​

Biz müəyyən edilmiş planlara və müddətə ciddi əməl edirik.

Büdcənizə uyğun​

Keyfiyyətin saxlanılması şərtilə, işlərin və materialların dəyərinin hər zaman büdcənizə uyğun qiymət təklif edirik.